EthnoExport ← Ana səhifə
← Geri

İstifadə şərtləri

Son yenilənmə: 2026

EthnoExport-dan istifadə edərək aşağıdakı şərtləri qəbul etmiş olursunuz.

1. Xidmət

EthnoExport sənətkarların əl işlərini beynəlxalq bazarlarda satışa çıxaran idarə olunan xidmətdir. Siz məhsulun şəklini və istədiyiniz məbləği təqdim edirsiniz; tərcümə, qiymətləndirmə, listing, logistika və satışı biz təşkil edirik.

2. Sənətkarın öhdəlikləri

  • Yalnız özünüzə məxsus, orijinal əl işlərini təqdim etmək;
  • Müəllif hüququ pozan (brend loqoları və s.) məhsul qoymamaq;
  • Məhsulu satılandan sonra razılaşdırılmış müddətdə Azərpoçta təhvil vermək;
  • Doğru əlaqə və ödəniş məlumatı təqdim etmək.

3. Qiymət və komissiya

Siz istədiyiniz təmiz məbləği yazırsınız. Beynəlxalq çatdırılma, bazar haqqı və 15% xidmət haqqı alıcının qiymətinin üzərinə əlavə olunur — sizin məbləğinizə toxunulmur.

4. Ödəniş

Məhsul satılıb alıcıya çatdırıldıqdan sonra razılaşdırılmış təmiz məbləğ göstərdiyiniz karta/hesaba köçürülür.

5. Qadağan olunan məhsullar

Qanunsuz, saxta, təhlükəli və ya platformaların qaydalarına zidd məhsullar qəbul edilmir. Belə hallarda listing ləğv edilə bilər.

6. Məsuliyyət

Məhsulun keyfiyyəti və orijinallığına görə sənətkar cavabdehdir. EthnoExport keyfiyyət yoxlaması aparır, lakin yanlış təqdim olunmuş məlumatdan yaranan nəticələrə görə məsuliyyət daşımır.

7. Dəyişikliklər

Bu şərtləri vaxtaşırı yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər barədə sizə məlumat veriləcək.

8. Əlaqə

ethnoexport26@gmail.com · WhatsApp: +994 70 911 61 63